ABŞ hökuməti həmvətənlərini Ukraynaya getməməyə çağırır.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki növbəti brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu Ukraynada amerikalı muzdlu əsgərin ölümü ilə bağlıdır. Belə ki, Ukraynada muzdlu kimi döyüşən ABŞ dəniz piyadasının 22 yaşlı əsgəri Villi Cozef Kansel Kiyev yaxınlığında həlak olub.
“ABŞ vətəndaşları aktiv silahlı münaqişə səbəbindən Ukraynaya səfər etməməlidir”, – Psaki qeyd edib.
Bundan əvvəl Kiyev yaxınlığındakı döyüşlərdə amerikalı jurnalist həlak olub.