ABŞ hökuməti viruslardan istifadə edən hakkerlərin hərəkətlərinin qarşısını almaq üçün kriptovalyuta əməliyyatları üzərində nəzarəti gücləndirəcək.
Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.
“Bloomberg” agentliyi mənbələrə istinadən yazır ki, ABŞ prezidenti Co Bayden rəhbərliyi rəqəmsal aktivlərdəki pul köçürmələrini diqqətlə izləyəcək.
Ağ evdə hakkerlərin hərəkətlərinin qarşısını alınması ilə məşğul olacaq xüsusi komissiya yaradılacaq. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Enn Nyuberqer məlumat verib.
Onun sözlərinə görə, ABŞ digər ölkələri də öz ərazilərində hakkerlərə sığınacaq verməməyə çağıracaq. Eyni zamanda Amerika biznesi üçün kibertəhlükəsizlik standartların inkişaf etdiriləcək.
Xatırladaq ki, iyun ayının əvvəlində ABŞ səlahiyyətliləri “Colonial Pipeline” boru kəməri şirkətinə kiberhücum edilib. Nəticədə şirkətin fəaliyyəti müəyyən müddət ərzində dayandırılıb.