ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) “Amazon”, “Facebook”, “Twitter” və digər şirkətləri istifadəçilərin fərdi məlumatlarını necə topladıqları və emal etdikləri barədə açıqlama verməyi əmr verib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, ABŞ səlahiyyətliləri qarşısında ilk növbədə “Amazon”, “ByteDance”, “Discord”, “Facebook”, “Reddit”, “Snap”, “Twitter”, “WhatsApp” və “YouTube” cavab verəcək. Əmrin verildiyi tarixdən etibarən şirkətlərə 45 gün vaxt veriləcək.
Tənzimləyici həmçinin şirkətlərin istifadəçilərə hansı reklamları göstərildiyini və onların bu reklamlarda maraqlı olduğunu necə ölçüldüyünü araşdıracaqlar. Bəyanata görə, komissiya şirkətlərin istifadəçilərin eşitdikləri və gördükləri məlumatlara necə təsir göstərdiklərini başa düşmək istəyirlər.
Xatırladaq ki, dekabrın 10-da ABŞ-ın Federal Ticarət Komissiyası “Facebook”dan “WhatsApp”ı satmağı və gələcəkdə bütün əməliyyatlar barədə ona məlumat verməyi tələb etmişdir.