20 C
Baku
Wednesday, April 24, 2024

ABŞ “Huawei”ə qarşı tətbiq edilmiş sanksiyaları yumşaltmaq niyyətindədir

Donald Tramp administrasiyası, Çinin telekommunikasiya avadanlıqları istehsalçısı olan “Huawei” ə qarşı tətbiq edilmiş sanksiyaları yumşaltmaq niyyətində olduğunu bildirib. Bu, ABŞ-da fəaliyyət göstərən və “Huawei” ilə əməkdaşlıq edən şirkətlərə aid olacaq.

Banker.az bildirir ki, bu haqda The Financial Times xəbər verir.

ABŞ-ın Ticarət Nazirlinin rəhbəri Wilbur Ross bildirib ki, yumşaltma ölkənin milli təhlükəsizliyi üçün təhdid olmalı deyil. Yalnız bu təqdirdə amerikan şirkətlərinə  “Huawei” ilə əməkdaşlıq etmək icazəsi veriləcək. Ross əlavə olaraq vurğulayır ki, “Huawei” yenə də qara siyahıda qalacaq, onunla əməkdaşlıq etmək üçün xüsusi lisenziya tələb olunacaq.

Müvafiq qərar 29 iyunda ABŞ prezidenti Donald Tramp tərəfindən, G20 təşkilatının Osakada keçirilən sammitində açıqlanıb.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər