26 C
Baku
Saturday, July 27, 2024

ABŞ “Huawei” şirkətinə qarşı məhdudiyyətlərin tətbiq edilməsini təxirə salır

ABŞ hakimiyyəti Çin telekommunikasiya korporasiyası “Huawei” yə qarşı məhdudiyyətlərin tətbiq edilməsini bir ay yarım müddətinə, aprelin 1-nə qədər təxirə salmaq qərarına gəlib.

Beləliklə, milli şirkətlər aprelin 1-dək “Huawei” yə məhsullar satmağa davam edə biləcəklər. Xatırladaq ki, Amerikanın Çin şirkətinə verdiyi müvəqqəti lisenziyanın müddəti fevralın 16-da başa çatır.

Banker.az “İzvestia”ya istinadən xəbər verir ki, 2019-cu ilin may ayında ABŞ “Huawei” şirkətini ölkənin milli təhlükəsizliyi üçün əsas təhdidlərdən biri olduğunu bildirərək, qara siyahıya daxil etmişdir. 2020-ci ilin yanvar ayında isə ABŞ-ın dövlət katibi Mayk Pompeo “Huawei” in istehsal etdiyi rabitə infrastrukturunun təhlükəli olduğunu söyləmişdir.

Son xəbərlər
Digər xəbərlər