12 C
Baku
Saturday, November 23, 2024

ABŞ “Huawei” texnologiyalarının ixracı üçün lisenziyaların verilməsini dayandırır

ABŞ amerikan şirkətlərinə “Huawei” texnologiyalarının ixracı üçün lisenziyaların verilməsini dayandırır. “Financial Times”ın məlumatına görə, ABŞ Ticarət Departamenti bəzi şirkətlərə ABŞ texnologiyalarının “Huawei”yə satışına artıq icazə verməyəcəyi barədə xəbərdarlıq edib. Nəşrin fikrincə, bu o demək ola bilər ki, departament Çin şirkəti üçün proqram və avadanlıqların ixracına tam qadağa tətbiq etməyə çalışır. Qeyd edək ki, “Huawei” ilə əməkdaşlıq edən şirkətlər arasında “AMD”, “Intel” və “Qualcomm” var.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Bloomberg”in aydınlaşdırdığı kimi, bütün lisenziya ərizələri rədd ediləcək, təqdim edilənlər isə təsdiqlənməyəcək. Bu, mahiyyət etibarilə, icazələrin verilməsinin tam dayandırılması deməkdir. Rəsmi olaraq qadağa 2023-cü ilin may ayında, Ticarət Nazirliyinin qara siyahısına düşən şirkətin dördillik “yubileyi”ndə tətbiq oluna bilər.

2019-cu ildə ABŞ Ədliyyə Nazirliyi “Huawei”i Çinlə ticarət müharibəsi zamanı sənaye casusluğu, texnologiya oğurluğu və bank fırıldaqçılığında ittiham edib.

Həmin vaxtlarda şirkət ABŞ Ticarət Nazirliyinin qara siyahısına salınıb – ABŞ hökumətinin icazəsi olmadan Amerika şirkətlərindən avadanlıq və proqram təminatının alınması qadağan edilib. 2020-ci ilin noyabrında sanksiyalara görə “Huawei” sahib olduğu “Honor” brendini satıb. 2022-ci ilin noyabrında ölkədə Çin şirkəti tərəfindən istehsal olunan telekommunikasiya avadanlıqlarının satışı da qadağan edilib.

Belə icazələr həqiqətən də verilib. “FT” və “Reuters” qeyd edirlər ki, 2020-ci ildə “Qualcomm” şirkəti “Huawei” prosessorlarını satmaq üçün lisenziya alıb.

Son xəbərlər
Digər xəbərlər