10 C
Baku
Thursday, December 12, 2024

ABŞ “Huawei”in 400 mlrd. dollarlıq tədarükünü dayandıracaq

Ağ Ev Çinin aparıcı telekommunikasiya şirkəti olan “Huawei”in məhsul və texnologiyalar tədarükünü dayandıracaq və gələcəkdə bu kimi müraciətlərə rədd cavabını verəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, sanksiyaların yeni dalğası elektronika sənayesinə təxminən 120 milyard dollar ziyan vurub, daha 280 milyard dollarlıq müraciətlərin rədd edilmə riski var.

Ümumilikdə, dörd şirkətin səkkiz lisenziyası ləğv edilib. Onlar arasında Yaponiyanın “Kioxia” (daha əvvəl “Toshiba Memory”), “Intel” və digərləri var. Məktubda aksiyaların elektron sənayesi məhsullarının “geniş spektrini” əhatə etdiyi bildirilir.

Xatırladaq ki, 2019-cu ilin may ayında ABŞ-ın Ticarət Nazirliyi “Huawei” şirkətini “qara siyahıya” alaraq, amerikan əmtəə və xidmət tədarükçülərinə Çin texnologiya nəhənginə tədarükü məhdudlaşdırmışdır.

2020-ci ilin noyabr ayında isə ABŞ prezidenti Donald Tramp amerikanlara Çin şirkətlərinə investisiya qoymağı qadağan edən yeni fərman imzalamışdır. Təəccüblü deyil ki, qadağan edilmiş şirkətlər sırasında “Huawei” də var. Avqust ayında qəbul edilmiş qaydalar yalnız 5G şəbəkəsi ilə işləmək üçün hazırlanmış məhsul və texnologiyaların qadağan olacağını nəzərdə tutmuşdur.

Son xəbərlər
Digər xəbərlər