14 C
Baku
Saturday, November 23, 2024

ABŞ iki ölkəyə Rusiya qazından imtina etməyə kömək edəcək

Amerikanın enerji şirkəti “Excelerate Energy” Finlandiyaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə 10 il müddətinə müqavilə imzalayıb. Yeni saziş eyni anda iki ölkəyə – Finlandiya və Estoniyaya bu qış Rusiyadan təbii qaz idxalını dayandırmağa kömək edəcək.

Finlandiyanın dövlət təbii qazötürmə sistemi operatoru olan “Gasgrid Finland OY” “Excelerate Energy” üçün FSRU tankerini icarəyə götürməyə razılıq verib. Bu tipli gəmi mayeləşdirilmiş qazın qəbulu və yanacaq normal istifadə üçün yararlı olduqda onun yenidən qazlaşdırılması üçün istifadə olunur.

Amerika şirkətinin baş direktoru Stiven Kobos 2022-ci ilin sonuna qədər “Exemplar” tankerinin Finlandiyaya göndərilməsinin planlaşdırıldığını açıqlayıb. Gəmi yazın sonunda Argentinadan Baltik dənizinə doğru üzəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər