ABŞ bu ilin dekabrında Ukraynaya yeni hərbi yardım göstərmək niyyətindədir.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Ayın sonuna qədər əlavə hərbi yardım elan edəcəyik”, – deyə o bildirib.
Ağ Ev rəsmisi əlavə edib ki, Amerika lideri Co Baydenin təşəbbüsü ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-yə dəvət edilməsi mühüm hadisədir.