12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-ın ilk qızıl sikkəsi hərracda satıldı

Heritage Auctions-un saytında yerləşdirilən məlumata görə ABŞ tarixində ilk qızıl sikkələrdən biri hesab edilən qızıl siklə hərracda 4,58 milyon dollara satıldı.

“Brasher Doubloon” adlandırılan və Corc Vaşinqtonun qonşusu Efraim Braşer tərəfindən əl ilə zərb edilən  bu sikkə Amerika tarixində ən məşhur sikkələrdən biri hesab edilir.  Braşer 1787-ci ildə Nyu-York rəhbərliyinə müraciət edərək sikkə zərb etmək üçün icazə istəmişdi. O sikkələrin bir neçə nümunəsini öz icazə məktubu ilə onlara göndərmişdi. Lakin şəhər bələdiyyəsi müəyyən səbəblərdən buna icazə verməmişdi. Braşerin qızıl sikkələri təqribən 26.6 qram ağırlığında və 15 dollara bərabər idi.

Bu sikkələrdən yalnız 6-sı bu gün ki günə qədər gəlib çatıb. Onların bəziləri müxtəlif illərdə satışa çıxarılıb və satılıb.

13 yanvarda keçirilən hərrac zamanı bu sikkə ilə yanaşı 1913-cü ildə zərb edilmiş digər bir sikkə isə 3,3 milyon dollara satıldı.

Son xəbərlər
Digər xəbərlər