ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) martın 29-da Moskvadakı ofisini bağlayacaq. Bu barədə USCIS-ın yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Mosvkadakı ofisin bağlanmasına səbəb iş həcminin əhəmiyyətli dərəcədə azalmasıdır: “Ofisin vətəndaşlar üçün açıq olacağı və ərizələri qəbul edəcəyi son tarix 28 fevral 2019-cu ildir”,
Moskva ofisinin funksiyalarını Yunanıstanın paytaxtı Afina şəhərindəki ofis yerinə yetirəcək. Afinadakı ofis Ermənistan, Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistana cavabdeh olacaq.