9 C
Baku
Friday, January 24, 2025

ABŞ immuniteti zəif insanlar üçün peyvəndin üçüncü dozasına icazə verib

ABŞ-ın Qida və Dərman idarəsi (FDA) immuniteti zəif olan insanlar üçün “Pfizer” və “Moderna” peyvəndlərinin üçüncü dozasına icazə verib. Banker.az “RİA Novosti”yə istindən xəbər verir ki,  müvafiq bəyanat agentliyin saytında dərc edilib.

Bildirildiyi kimi, qərar yüksək virulentliyi ilə xarakterizə olunan “delta” ştamının yayılması fonunda qəbul edilib. Bəzi araşdırmalara görə, peyvəndin infeksiyaya qarşı yaratdığı immunitet get-gedə zəifləyir.

Xatırladaq ki, daha əvvəl ABŞ-da koronavirus infeksiyasının sürətlə artmasının tibb bacıları və digər tibb işçilərinin kəskin çatışmazlığına səbəb olduğu bildirilib. Bəzi ştatlar xəstə axını ilə mübarizə apara bilmir və kütləvi yoluxma səbəbindən işçilərini itirirlər. Florida, Arkanzas, Luiziana və Oreqonda tibb işçiləri “həddindən artıq iş yükünün” altında olduqlarını etiraf ediblər.

Son xəbərlər
Digər xəbərlər