19 C
Baku
Thursday, May 30, 2024

ABŞ-ın ən böyük bankları “Apple Pay” və “PayPal”a rəqib yaratmaq üçün birləşəcəklər

“JPMorgan”, “Bank of America”, “Wells Fargo” və daha dörd bank onlayn pul kisəsi yaratmaq üçün birləşirlər. Bu barədə “The Wall Street Journal” yazıb.

Məlumata görə, xidmətə “Bank of America”, “Truist”, “Capital One”, “JPMorgan”, “PNC Bank”, “U.S. Bancorp” və “Wells Fargo”nun sahib olduğu “Early Warning Services” (EWS) rəhbərlik edəcək.

Yeni xidmətin istifadəyə verilməsi 2023-cü ilin ikinci yarısına planlaşdırılır. Bu, “Apple Pay” və “PayPal”ın yeni rəqibi olacaq, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Banklar müştəri münasibətləri üzərində nəzarətin itirilməsindən narahatdırlar və bununla fırıldaqçılıq risklərini azaltmağa çalışırlar.

“WSJ”nin yazdığı kimi, çox güman ki, xidmət belə işləyəcək: istifadəçi ödəniş səhifəsində öz e-poçt ünvanını göstərəcək; satıcı EWS ilə əlaqə saxlayacaq, o isə öz növbəsində banklardan əməliyyatın təsdiqini xahiş edəcək.

Xatırladaq ki, “JPMorgan” daha əvvəl “Apple Pay” ilə rəqabət aparmaq üçün “Chase Pay” rəqəmsal pul kisəsini yaratmışdı. Bank onu 2015-ci ildə işə salmışdı, lakin 2020-ci ildə bağlamışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər