11 C
Baku
Şənbə, Noyabr 27, 2021

ABŞ-ın ən böyük kinoteatrlar şəbəkəsi “Dogecoin” qəbul etməyə başlayıb

ABŞ-ın ən böyük kinoteatrlar şəbəkəsi olan “AMC Entertaintment” ödəniş üçün “Dogecoin” qəbul etməyə başlayıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Adam Aron məlumat verib. Xatırladaq ki, daha əvvəl “AMC” 2021-ci ilin sonuna qədər bitkoin qəbul etməyə başlayacağını açıqlayıb.

“Kriptovalyuta həvəskarları, siz, ehtimal ki, AMC kinoteatrlarının 2021-ci ilin sonuna qədər bitkoin qəbul etməyə başlayacağını bilirsiniz”, – deyə Adam Aron “Twitter”də yazıb.

“Dogecoin” 2013-cü ilin sonunda proqramçılar Cekson Palmer və Billi Markus tərəfindən bitkoinin parodiyası olaraq yaradılıb. Kriptovalyutanın adı siba-inu cinsli it ilə əlaqəlidir.

Palmer özü bu kriptovalyutanı “kapitalizmdə olan ən pis şey” adlandırıb. O, rəqəmsal valyutalarla heç vaxt məşğul olmayacağını söyləyib.

Sentyabr ayında Maskın siba-inu “memi” əvəz olunmayan token (NFT) şəklində 4 milyon dollara satılıb.

Son xəbərlər
Oxşar xəbərlər
X