33 C
Baku
Wednesday, July 17, 2024

ABŞ-ın ən böyük mayninq operatorlarından biri müflis olub

ABŞ-ın ən böyük mayninq operatorlarından biri olan “Core Scientific” müflis olduğunu elan edib. Şirkət hələ də gəlir gətirir, lakin bu, borc-xərci ödəməyə kifayət etmir. Dünyanın bir çox mayninq operatorları kimi, şirkət kriptovalyutaların qiymətlərinin rekordları qırdığı və bazara daha çox yeni iştirakçının daxil olduğunu bir vaxtda aktiv şəkildə avadanlıq əldə edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Keçən ilin iyulunda SPAC ilə birləşmə yolu ilə birjaya daxil olan “Core Scientific” o zaman 4.3 milyard dollar dəyərində qiymətləndirilmişdi. Bu ilin noyabrına qədər şirkət ciddi şəkildə dəyər itirmişdi. Hazırda onun bazar kapitallaşması 78 milyon dollar təşkil edir.

Çətin maliyyə vəziyyətinə baxmayaraq, şirkət, mənbələrə görə, hələlik fəaliyyətini dayandırmaq niyyətində deyil və borcun restrukturizasiyası ilə bağlı kreditorlarla danışıqlar apara biləcəyinə və kriptovalyuta bazarında vəziyyətin yaxın gələcəkdə yaxşılaşacağına ümid edir.

Son xəbərlər
Digər xəbərlər