ABŞ-ın ən böyük şirkəti “Tesla”nı məhkəməyə verib

0

Dünyanın ən böyük pərakəndə satış şəbəkəsi olan ABŞ-ın “Walmart” şirkəti “Tesla Inc” şirkətini mağazaların damlarına quraşdırılmış günəş panellərinin yanması ilə bağlı səhlənkarlıqda ittiham edərək məhkəməyə verib.

Report agentliyi RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Reuters” “Walmart”ın məhkəmə iddianaməsinə istinadən məlumat verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Walmart” iddiasında qeyd edib ki, ABŞ-dakı 240-dan çox mağazasının damında quraşdırılmış bütün günəş panellərinin demontaj edilməsini və dəymiş zərərin ödənməsini tələb edir. Şirkət 7 mağazada panellərin yandığını vurğulayıb. 

“Yanğınlar mağazadakı xeyli miqdarda malı məhv edib və əsaslı təmir aparılmasına ehtiyac yaradıb. Nəticədə milyonlarla dollar zərərə qatlaşmışıq”, – iddianamədə deyilir.