5 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Kabul və Dohaya səfər edəcək

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Əfqanıstan, Qətər və bölgənin digər ölkələrini ziyarət edəcək.

Bu barədə Dövlət Departamentinin mətbuat xidməti xəbər verib.

Qeyd olunub ki, diplomat Kabildə dövlət rəsmiləri, “Taliban”ın rəhbələri ilə görüşəcək. Daha sonra Zalmay Xəlilzad regionun digər ölkələrinə səfər edərək dövlət rəhbərləri ilə bölgədə davamlı sülhün qorunub saxlanılması istiqamətində müzakirələr aparacaq.

Dövlət Departamenti Xəlilzadın başqa hansı ölkələrə səfər edəcəyi və səfərin nə qədər davam edəcəyi barədə ətraflı məlumat verməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər