6 C
Baku
Monday, December 16, 2024

ABŞ-ın ən böyük bankı “JPMorgan” rublla əməliyyatları dayandırıb

ABŞ-ın ən böyük bankı olan “JPMorgan” Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda rublla olan bütün əməliyyatları dayandırıb.

Banker.az xəbər verir ki, məlumata görə, 2.6 trilyon dollarlıq aktivləri idarə edən təşkilat Ukrayna ətrafında vəziyyətin pisləşməsi riski səbəbindən Rusiya valyutasından imtina edib. Bununla yanaşı, bank daha əvvəl bu təhlükəni lazımi səviyyədə qiymətləndirmədiyini və nəticədə investisiyalardan zərər çəkdiyini etiraf edib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən rubl 7 il ərzində neftin qiymətinin rekord həddə çatmasına, eləcə də qaz ixracı gəlirlərinin iki dəfə artmasına baxmayaraq, dollara nisbətdə 5.4% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər