7 C
Baku
Thursday, December 12, 2024

ABŞ-ın ən böyük bankları 541 milyard dollar itirə bilər

Ən mənfi iqtisadi ssenaridə ABŞ-ın ən böyük bankları ümumilikdə təxminən 541 milyard dollar itirəcək.

Bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti ABŞ Federal Ehtiyat Sisteminin illik stress testinə istinadla xəbər verir.

Bu il stress testi ABŞ-ın 23 ən böyük bankı arasında aparılıb. Ən stresli ssenari ABŞ-ın daxili bazarında bir sıra amillərin formalaşmasını nəzərdə tuturdu, o cümlədən işsizliyin 10%-ə yüksəlməsi, kommersiya əmlakının qiymətlərinin 40% azalması, ev qiymətlərinin 38% azalması və qısamüddətli faiz dərəcələrinin sıfıra yaxın düşməsi.

Qeyd olunub ki, ABŞ-ın ən böyük bankları hipotetik iqtisadi qiyamət ssenarisində 541 milyard dollar itirəcək, lakin itkiləri ödəmək üçün hələ də kifayət qədər kapitala sahib olacaqlar. Yoxlanılan 23 bankdan ən çox zərər çəkən “Deutsche Bank”ın ABŞ-dakı törəmə şirkəti olub, ondan sonra “UBS Americas” gəlir.

Son xəbərlər
Digər xəbərlər