15 C
Baku
Wednesday, April 24, 2024

ABŞ-ın ən varlı ailəsi saatda 4 milyon dollar qazanıb

ABŞ-ın ən zəngin ailəsi Valtonlar sərvətlərini bir il ərzində 39 milyard dollar artırıb.

Xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən böyük pərakəndə ticarət şirkəti “Walmart”ın sahibi olan Valton ailəsinin sərvəti 1 il ərzində 152 milyard dollardan 191 milyard dollara qalxıb. 

Hesablamalara əsasən, “Walmart”ın qurucusu Sem Valtonun varisləri bir dəqiqədə 70 min dollar, 1 saatda 4 milyon dollar qazanıb. Günlük qazancları isə 100 milyon dollara yaxın olub.

Qeyd edək ki, ABŞ-ın ən zəngin 0,001 hissəsinin malik olduğu sərvət böyük böhranın yaşandığı 1929-cu ildən bəri ən yüksək həddə çatıb. Bütün dünya üzrə isə ən zəngin 25 ailənin sərvəti ötən ildən bəri 250 milyard dollar, yəni 24% artaraq 1,2 trilyon dollara çatıb.

©Finans.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər