16 C
Baku
Monday, October 14, 2024

ABŞ-ın ən zəngin adamlarının sərvəti iki ayda $434 mlrd. artıb

ABŞ-ın ən zəngin adamlarının sərvəti iki ayda 434 milyard dollar və ya 15% artıb. Banker.az xəbər verir ki, bu haqda “Americans for Tax Fairness” və “Institute for Policy Studies” analitika qrupları məlumat verib.

Tədqiqat “Forbes” jurnalına əsasən martın 18-dən mayın 19-dək olan dəyişikləri nəzərə alıb. Bu müddət ərzində artım cəmi 434 milyard dollar (2,948 trilyon dollardan 3,382 trilyon dollara qədər) təşkil edib.
Bu artımın beşdə bir hissəsi ABŞ-ın beş ən zəngin adamın payına düşür – “Amazon” un rəhbəri Ceff Bezos (+30,6%, 34,6 milyard dollar), “Microsoft” un təsisçilərindən biri Bill Qeyts (+8,2%, 8 milyard dollar), “Facebook” un yaradıcısı Mark Çukerberq (+46,2%, 25,3 milyard dollar), “Berkshire Hathaway” in rəhbəri Uorren Baffet (+0,8%, 564 milyon dollar) və “Oracle” in həmtəsisçisi Larri Ellison (+11,9%, 7 milyard dollar).

ABŞ-ın digər zəngin adamları Cond Menar və sahibkar İlon Mask da son iki ayda artım göstəriblər.

Bundan əlavə, hesabatda milyarderlərin sayının artması göstərilir: mart ayında 614, may ayında isə 630 nəfər.

Xatırladaq ki, cari ilin aprel ayında ABŞ milyarderlərin sayına görə Çindən sonra ikinci ölkə olmuşdur.

Son xəbərlər
Digər xəbərlər