15 C
Baku
Friday, March 29, 2024

ABŞ-ın 10 ən zəngin ailəsi

Institute for Policy Studies ekspertləri, Billionaire Bonanza Report-da ABŞ-da yaşayan ən zəngin 10 ailənin siyahısını təqdim ediblər.

Hər bir ailənin sərvəti, şirkətlər vasitəsilə təmin olunur. Bu şirkətlər isə öz növbəsində, həmin ailələrin yaşlı nəsilləri tərəfindən təsis edilmişdir.

Tədqiqatın nəticələrinə görə, orta statistik amerikan ailəsinin sərvəti, təxminən 80 min dollar təşkil edir.

10. Johnson ailəsi

Johnson ailəsinin ümumi sərvəti, təxminən 18,2 milyard dollar təşkil edir.

Yuyucu vasitələri və məişət kimyası istehsal edən S. C. Johnson şirkəti, 1882-ci ildə S Curtis Johnson tərəfindən təsis edilmişdir və sonrakı dövrdə onun oğluna, Herbert Fisk Johnson-nun mülkiyyətinə keçmişdir.

Herbert Fisk Johnson 1928-ci ildə dünyasını dəyişmişdir, lakin vəsiyyətnamə qoymamışdı.

Onun ailə üzvləri, mülkiyyət üstündə bir müddət bir-biri ilə sərt şəkildə mübarizə aparırdılar. Nəticədə, şirkət onun övladları arasında bölüşdürülmüşdür –  kiçik Herbert Fisk Johnson və  Lewis Johnson.

9. Lauder ailəsi

esteJohnson ailəsi olduğu kimi, Lauder ailəsi də öz mülkünü pərakəndə satış üzərində qurmuşdur. Onların mülkiyyəti 22,4 milyard dollar təşkil edir.

Estee Lauder ilk böyük sifarişini Skin Fifth Avenue-dən 1947-ci ildə almışdır .

Hal-hazırda, şirkət 30 brendə sahibdir. Onlar arasında MAC və Clinique kimi məşhur şirkətlər də var. 2018-ci ildə Estee Lauder şirkətinin satış həcmi 13,8 milyard dollar təşkil etmişdir.

Eyni zamanda, Lauder ailəsi xeyriyyəçilik ilə də məşğuldur. Ailə üzvləri təxminən 1 milyard dolları incəsənətə bağışlamışdır.

8. Duncan ailəsi

dunkanDuncan ailəsinin mülkiyyəti 24,8 milyard dollara çatır.

Dan L. Duncan, Enterprise Products Partners şirkətini təsis edib, hansı ki təbii neft və qaz ehtiyatlarının çıxarılması ilə məşğul olur.

Təsisçinin 2010-cu ildə vəfat etməsindən sonra, şirkət ailənin nəzarəti altına keçdi. Həmin dövrlərdən bəri ailənin mülkiyyəti, təxminən iki qat artmışdır.

7. Pritzker ailəsi

hyattPritzker ailəsinin mülkiyyəti 26,6 milyard dollara çatır.

Abram Nicholas Pritzker və onun üç oğlu – Jay, Donald və Robert – Hyatt Hotel otel şəbəkəsinin təsisçisidirlər. 

Ailənin on bir nümayəndəsi milyarderlər olmaqla yanaşı, Forbes jurnalında dünyanın ən varlı 400 insanı siyahısına daxildirlər. 

2000-ci illərdə A. N. Pritzker-in övladları, mülkiyyət üstündə uzunmüddətli mübahisə edərək, nəticədə onu öz aralarında bölüşdürə bilmişlər.

6. Cox ailəsi

Cox ailəsinin sərvəti, 37,2 milyard dollar təşkil edir və Cox Enterprises şirkətinin gəlirlərinə əsaslanır.

Şirkət bir çox sahələr üzrə biznes fəaliyyət göstərir – kabel (Cox Communications), qəzetlər və radiostansiyalar (Cox Media Group), avtomobil sənayesi. Şirkətin gəliri 20 milyard dollara çatır.

Mülkiyyət təsisçinin nəvələri arasında bölüşdürülüb.

5. Edward Johnson ailəsi

Edward Johnson ailəsinin sərvəti 38,7 milyard dollar təşkil edir. Edward S. Johnson, 1946-cı ildə dünyanın ən iri investisiya fondu olan Fidelity-ni təsis etmişdir. O vaxtdan bəri fond Johnson ailəsinin idarəçiliyi altındadır.

Şirkətin 49%-i ailəyə məxsusdur.

4. Cargill MacMillan ailəsi

mak millanCargill MacMillan ailəsinin sərvəti 38,8 milyard dollara çatır. Onun əsası 1865-ci ildə, Cargill Inc şirkətinin təsis edilməsi ilə qoyulub.

Hal-hazırda, Cargill MacMillan ailəsinin 23 üzvü şirkətin 88%-ə sahibdirlər. Şirkətin gəliri ildə 108 milyard dollar təşkil edir.

Bütün sülalədən 14 üzv milyarderdir, 9 üzv isə Forbes 400 siyahısına daxildir.

3. Mars ailəsi

mars familyMars Inc imperiyası üzərində qurulmuş bu sərvət, 72 milyard dollara çatır. İmperiyaya M&Ms, Milky Way Mars şirkətləri daxildir.

Ailənin 6 üzvü Forbes 400 siyahısına daxildir. Jacqueline Mars və John Mars, sərvətin 24 milyardına sahibdirlər. Digər ailə üzvlərinə isə 6 milyard dollar məxsusdur.

Bundan əlavə olaraq, onlar Mars Foundation xeyriyyə fonduna rəhbərlik edirlər. Fond ətraf mühitin mühafizəsi, təhsil, mədəniyyət və səhiyyə sahələri üzrə fəaliyyət göstərir.

Steven Mars, illik gəliri 35 milyard dollar təşkil edən Mars Inc şirkətinin sədridir.

2. Koch ailəsi

Koch Industries şirkəti, Koch ailəsinə 107 milyardlıq sərvət qazanmağa kömək etdi.

İki qardaş David və Charles Koch, atalarının qurduğu neft emalı şirkətini genişləndirərərk konqlomerata çeviriblər. Şirkətin illik gəliri 100 milyard dollar təşkil edir.

David onkoloji xəstəliklərin müalicəsinə dair keçirilən tədqiqatlara, təhsil sahəsinə və mədəniyyət institutlarına David H. Koch Charitable Foundation fondu vasitəsilə  1,2 milyard dolları köçürməyi vəd edib.

1. Walton ailəsi

Walton ailəsi – ABŞ-ın ən varlı sülaləsidir, onun sərvəti 169,7 milyard dollar təşkil edir.

Ailənin əsas gəlir sahəsi 1962-ci ildə Sam və Bad Walton tərəfindən təsis edilmiş Walmart şirkətidir.

Hal-hazırda, Walmart şirkətinin satış həcmi 500 milyarda çatır.

Walton sərvəti, təsisçilərin uşaqları da daxil olmaqla ailənin yeddi üzvü arasında bölüşdürülmüşdür.

Alice Walton – dünya üzrə ən varlı qadın kimi hesab olunur, onun sərvəti 44,9 milyard dollara çatır.

Son xəbərlər
Digər xəbərlər