ABŞ-ın 200 illik “Brooks Brothers” şirkəti iflas edib

Prezidentlərin və məşhur bankirlərin geyimlərini hazırlamaqla tanınan və keçən il təxminən 1 milyard dollar gəlir əldə edən ABŞ-ın 200 yaşlı “Brooks Brothers” şirkəti iflas edib.

1818-ci ildə qurulan və ölkənin ilk hazır geyim markası olan “Brooks Brothers” koronavirus pandemiyasının işlərinə mənfi təsir etdiyini və bu səbəbdən 500-dən çox mağazasından 250-ni bağlayacağını açıqlayıb. Şirkət iflasla bağlı məhkəməyə müraciət edib və bu müddətdə əməliyyatları davam etdirmək üçün 75 milyon dollar kredit götürüb.

Qeyd edilib ki, 4 mindən çox işçinin çalışdığı şirkət bu vaxta qədər 40-a qədər ABŞ prezidentini hazır geyimlə təmin edib.

Ötən il 991 milyon dollar dövriyyəsi olan şirkət, bunun 20 faizini internet üzərindən reallaşdırıb.

MənbəAzərtac
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər