23 C
Baku
Sunday, July 3, 2022

ABŞ-ın 2020-ci il prezident seçkilərində namizədlərdən biri Maykl Blumberg olacaq

ABŞ-ın Nyu-York şəhərinin keçmiş icra başçısı Maykl Blumberg (Michael Bloomberg), 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sorğu göndərib. Qeyd edildiyi kimi, milyarder Demokratlar Partiyasını təmsil edəcək. Bu haqda “The New York Times” məlumat verib.

Martın əvvəlində CNBC mənbələrə istinadən, Blumbergin 2020-ci il seçki kampaniyası üçün konüllüləri yığmağa başladığını bildirmişdir. Buna cavab olaraq Nyu-Yorkun keçmiş icra başçısı prezidentliyə namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib.

Fevral ayının ortalarında, demokratlara istinadən “Politico” Maykl Blumbergin ABŞ prezidenti Donald Trampın ikinci müddətə təkrar seçilməsinin qarşısını almaq üçün 500 milyon dollar xərcləməyi planlaşdırdığını yazmışdır.

Bu gün Maykl Blumbergin mülkü 52 milyard dollar dəyərində qiymətləndirilir. Xatırladaq ki, o, “Bloomberg” agentliyinin təsisçisidir.

Son xəbərlər
Oxşar xəbərlər