ABŞ-ın 2100-cü ilə qədər yoxa çıxa biləcək 5 şəhəri

0

Dünyada qlobal istiləşmə kimi problemdən ehtiyat etməyən şəhər yoxdur, bəzi şəhərlər daha böyük təhlükə altındadır.

Dənizin səviyyəsinin qalxması, sahilyanı şəhərlərin və infrastrukturun məhv olmasına gətirib çıxara bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Müxtəlif qiymətləndirmələrə görə  2,3 və 4 metr yüksəklikdə yerləşən şəhərlərin yaxın gələcəkdə su altında qalması ehtimalı olduqca yüksəkdir.

Bu, orta göstəricilərdir. Bəzi şəhərlərin ümumiyyətlə yer üzündən silinməsi ehtimal olunur.

Yaxın gələcəkdə yoxa çıxa biləcək şəhərlərə nəzər salaq.

Yeni Orlean, Luiziana

Yeni Orlean 2005-ci ildə baş vermiş “Katrina”  qasırğasının fəlakətli təsirindən  hələ də tam olaraq bərpa olmayıb.

Şəhər çayın deltasında yerləşir və bu da onu dəniz səviyyəsinin yüksəlməsinə qarşı zəif edir.

Şəhərin bəzi rayonları dəniz səviyyəsindən 4,5 metr aşağıda yerləşirlər.

Daha əvvəl bu şəhərin ərazisində yerləşən bataqlıqlar, onu dəniz səviyyəsinin qalxması kimi bir təhlükədən qoruyurdu, lakin tədricən onlar da insanlar tərəfindən tədricən məhv edilmişdir.

Hal-hazırda, şəhərin əksər hissəsi su altındadır. NASA-nın 2016-cı ildə keçirdiyi tədqiqatına görə, Yeni Orleanın bəzi rayonları ildə 5 sm sürəti ilə batırlar.

Belə templə davam etsə 2100-cü ildə bu şəhər yer üzündən tamamilə silinmiş olacaqdır.

Mayami, Florida

Mayami – böyük fəlakət içində olan şəhərlərdən biridir: dənizin səviyyəsi burada çox tez qalxır və bütün evləri məhv edir.

Union of Concerned Scientists ekspertlərinin təqdim etdiyi 2018-ci il hesabatına əsasən, Mayami şəhərinin 12 min evi yaxın 30 ildə su altına qala bilərlər.

Bu, 6,4 milyard dollarlıq maliyyə itkisinə səbəb olacaqdır. 

Neture Climate Change nəşriyyatında 2016-cı ildə dərc edilən tədqiqat, Miami-Dade və Broward kimi dairələrin su altında qalması ehtimalı olduqca yüksəkdir. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir.

Hyuston, Texas

Yeni Orleanda olduğu kimi, ABŞ-ın Hyuston şəhərinin də müəyyən rayonları ildə 5 m sürət ilə su altına gedirlər. Bu, ərazidə qrunt sularının çıxarılması ilə bağlı olmuşdur.

Hyuston sahilyanı şəhər deyil, ona görə də onun yoxa çıxması dənizin səviyyəsinin qalxması ilə əlaqəli olmayacaqdır.

Şəhərin su altında qalması qasırğalar və torpaq çökmələri hesabına baş tuta bilər.

Atlantik-Siti, Nyu-Cersi

Atlantik-Siti şəhəri də həmçinin təhlükə altında olan şəhərlərdən biridir.

2012-ci ildə burada “Sendi” qasırğası baş verib ki, bu da şəhər ərazisinin 70-80%-nin su altında qalmasına səbəb  olmuşdur.

Bu şəhər, Amerikanın ən həssas şəhərlərindən biridir.

Climate Central şirkətinin tədqiqatına əsasən, Atlan-Siti şəhərinin 37 min sakini təhlükə altındadır.

Qonşuluqda yerləşən Nyu-York da 2100-cü ilə qədər bu kimi problemlərlə üzləşə bilər.

Çarlston, Cənubi Karolina

Atlantik-Siti ilə müqayisədə Çarlston şəhəri təbii fəlakətlərə qarşı daha həssasdır. Şəhərin 64 min sakini hər gün təhlükə altında yaşayırlar.

On il bundan əvvəl Çarlston qəzeti şəhərin 2050-ci ilə qədər “yarıya qədər batmış ruh” a çevriləcəyini proqnozlaşdırmışdır.

3 m səviyyəsində daşqın nəticəsində Çarlston ərazisinin 77%-i su altına qalacaqdır.