31 C
Baku
Monday, July 15, 2024

ABŞ-ın aparıcı bankının 1 milyon səhmi satışa çıxarılacaq

ABŞ-ın aparıcı bankı – “JPMorgan Chase”in rəhbəri Ceymi Daymon (Jamie Dimon) və ailəsi bankın 1 milyon səhmini satmağı planlaşdırır.

Bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verilir.

Məlumata görə, səhmlər gələn ildən başlayaraq maliyyə diversifikasiyası və vergi planlaması məqsədləri üçün satılacaq. Ailə hazırda bankın təxminən 8.6 milyon səhminə sahibdir.

67 yaşlı C.Daymon 2005-ci ilin sonundan “JPMorgan”a rəhbərlik edir.

Son xəbərlər
Digər xəbərlər