ABŞ-ın aparıcı bankı – “JPMorgan Chase”in rəhbəri Ceymi Daymon (Jamie Dimon) və ailəsi bankın 1 milyon səhmini satmağı planlaşdırır.
Bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verilir.
Məlumata görə, səhmlər gələn ildən başlayaraq maliyyə diversifikasiyası və vergi planlaması məqsədləri üçün satılacaq. Ailə hazırda bankın təxminən 8.6 milyon səhminə sahibdir.
67 yaşlı C.Daymon 2005-ci ilin sonundan “JPMorgan”a rəhbərlik edir.