6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-ın aparıcı bankları bu il 20 minə yaxın işçini ixtisar edib

ABŞ-ın aparıcı bankları, “JPMorgan Chase & Co” istisna olmaqla, bu il tədricən iş yerlərini ixtisar edir.

Bu barədə bank hesabatlarında təqdim olunan məlumatlara istinadən “CNBC” yazıb.

Bu ilin əvvəlindən bəri “Citigroup Inc”, “Bank of America Corp”, “Morgan Stanley”, “Wells Fargo & Co” və “Goldman Sachs Group Inc”də ümumilikdə 20 minə yaxın işçi ixtisara düşüb.

Amerika maliyyə şirkətləri sektorda aktivliyin artması səbəbindən COVID-19 pandemiyası zamanı işçi qüvvəsinin sayını fəal şəkildə artırıb. Bununla belə, Federal Ehtiyat Sisteminin monetar siyasətini sərtləşdirməsi ABŞ iqtisadiyyatının “soyuqlaşmasına”, ipoteka kreditlərinə tələbin azalmasına, həmçinin birləşmə, satınalmalarda və istiqrazların təklifində aktivliyin azalmasına səbəb olub.

ABŞ-da korporativ və istehlak kreditləri üzrə defoltların sayının artması o deməkdir ki, banklar gələn il daha da dərin iş ixtisarına əl atmalı olacaqlar.

Son xəbərlər
Digər xəbərlər