11 C
Baku
Friday, October 25, 2024

ABŞ-ın Avropaya neft ixracı altıillik maksimuma çatıb

Aprel ayında ABŞ-dan Avropaya xam neft ixracı 2016-cı ildən bəri ən yüksək səviyyəyə çatıb. Banker.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir. Agentliyin hesablamalarına görə, Amerikanın neft istehsalçıları Texas və Luizianadakı böyük terminallardan avropalı alıcılara demək olar ki, 50 milyon barel neft göndəriblər.

“Bloomberg” yazır ki, bu, ABŞ-ın əsas ixrac mərkəzi olan Meksika körfəzindən xaricə göndərilən neftin ümumi həcminin təxminən yarısıdır.

Aprel ayında neft daşıya bilən ən böyük tankerlərdən üçü Avropaya yola düşüb. Onların hər biri orta hesabla 2 milyon barel neft daşıyır. Daha əvvəl Beynəlxalq Enerji Agentliyi aprel ayında ABŞ-da neft hasilatının gözləniləndən daha yavaş olsa da artacağını proqnozlaşdırmışdı.

Avropa İttifaqı Rusiyadan neft və qazdan asılılığını azaltmağa çalışır və alternativ enerji mənbələri axtarır. Aİ diplomatiyasının rəhbəri Josep Borrel mayın 3-ü bildirib ki, Rusiyaya qarşı yeni, altıncı sanksiyalar paketi digər məsələlərlə yanaşı, Rusiya neftinin idxalı ilə bağlı tədbirləri də əhatə edəcək.

Onun sözlərinə görə, Avropa İttifaqı həmçinin daha bir neçə Rusiya bankını SWIFT maliyyə məlumatlarının ötürülməsi sistemindən ayırmağa, həmçinin “dezinformasiya” yayıcılarını cəzalandırmağa hazırlaşır.

Beynəlxalq neft-qaz şirkətinin rəhbəri Bernard Luni “Reuters” agentliyinə bildirib ki, dünya neft bazarı Rusiyadan artıq 1 milyon barel neft itirib və may ayında bu rəqəm iki dəfə arta bilər.

Son xəbərlər
Digər xəbərlər