3 C
Baku
Friday, January 2, 2026

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağrıldı

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb.

Bu, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması ilə bağlı məlumatında qeyd edilib.

“Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb”, – qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər