10 C
Baku
Cümə, Oktyabr 29, 2021

ABŞ-ın baş konsulu Yekaterinburqu tərk edib

ABŞ-ın Yekaterinburqdakı baş konsulu Emi Storrou Rusiyanın Ural bölgəsindəki bu şəhəri tərk edib.

Bu barədə baş konsul Emi Strorrou feysbuk səhifəsində yazıb.

Bir müddət əvvəl ABŞ-ın Dövlət Departamenti bildirmişdi ki, Yekaterinburqdakı Baş Konsulluğu viza vermir və ABŞ vətəndaşlarına xidmət etmir.

Baş konsul feysbuk səhifəsində yazıb ki, Yekaterinburqdakı Baş Konsulluq 27 il ərzində viza vermək və ABŞ vətəndaşlarına xidmət göstərmək, ingilis dilinin tədris etmək, sahibkarlar üçün seminarlar keçirmək və proqram mübadiləsi ilə Ural və və Qərbi Sibiri ABŞ-la birləşdirib.

O, fəaliyyət göstərdiyi müddətdə Çelyabinsk, Novosibirsk, Krasnoyarsk, Verxniy Salda və Nijnı Tagilin sakinləri ilə görüşlərdən məmnun qaldığını vurğulayıb.

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər