ABŞ-ın Baş prokuroru Ceff Seşns ölkə prezidenti Donald Trampın istəyi ilə istefaya gedib.
Banker.az-ın verdiyi məlumata görə, Baş prokurorun vəzifəsini Ədliyyə Nazirliyində Baş prokuror Ceff Seşnsın apparatının rəhbəri Metyu Uitaker icra edəcək.
ABŞ prezidenti Donald Tramp öz növbəsində “Twitter”də C.Seçnsa gördüyü işlərə görə təşəkkür edib.
Bundan əlavə ölkə prezidenti qeyd edib ki, daimi Baş prokuror daha sonra təyin ediləcək.