ABŞ-ın Minskdəki səfirliyi fəaliyyətini dayandırıb, həmçinin Rusiyanın paytaxtı Moskvadakı səfirliyin operativ işlərlə məşğul olmayan əməkdaşlarının könüllü getməsinə icazə verilib.
Bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, bu tədbirlər Rusiyanın Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyat kontekstində təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilib.