26 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın bir sıra bankları kredit tarixçəsi olmayan şəxslərə ipoteka verməyə başlayıblar

Bununla bankirlər ipotekaya olan tələbi canlandırmağa çalışırlar. Lakin 10 il əvvəl bu cür addımlar bank sektorunda fəlakətə səbəb olub.

Banker.az xəbər verir ki, ABŞ-ın 48 ştatında fəaliyyət göstərən “Waterstone Mortgage Corporation” bankı, müştərilərinə kredit tarixçəsi olmadan ipoteka verəcəyini açıqlayıb.

Waterstone layihəsini “Qeyri-ənənəvi kredit proqramı” adlandırıb. Bank icarə haqqı, kommunal xidmətlər və sığorta ödəmələri kimi maliyyə tarixçəsinin digər formalarından istifadə etməyi planlayır.

Müxtəlif qiymətləndirmələrə görə, 26 milyon amerikalı şəxsin kredit tarixçəsi yoxdur. Daha 19 milyon amerikalının kredit tarixçəsi isə ya köhnəlib, ya da məhdudlaşdırılıb. Bu o deməkdir ki, amerikanların 18% “gözəgörünməzlər” qrupuna daxildir.

“Qeyri-ənənəvi kredit proqramı nağd pul, debet və ya qəbzlərdən daimi əsasda istifadə edən insanlar üçün daha çox uyğun gəlir. Buna baxmayaraq, keçmişdə kredit kartlarından istifadə edən insanlar da bu proqramdan yararlana bilərlər”, – deyə bankın nümayəndəsi bildirir.

“ABŞ-a gələn miqrantlar və kolleclərin məzunları da bu proqramdan fayda götürə bilərlər”, – mütəxəssis əlavə edir.

 

Son xəbərlər
Digər xəbərlər