ABŞ-ın pərakəndə satış, kənd təsərrüfatı, elektronika komponentləri və s. ilə məşğul olan şirkətlərin maraqlarını təmsil edən biznes qruplar prezident Cozef Baydeni Çinlə ticarət danışıqlarını davam etdirməyə, o cümlədən idxal rüsumunu azaltmağa çağırıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Biznes nümayəndələri hesab edirlər ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə başlayan ticarət qarşıdurması Amerika iqtisadiyyatına ciddi ziyan vurur, istehsalı çətinləşdirir və istehlakçılar üçün qiymətlərin artmasına səbəb olur.
“Ticarət danışıqları amerikalıların yüksək tariflər səbəbindən çəkdiyi xərclər üzərində qurulmalıdır – onlar ABŞ-ın maraqlarına zərər verir”, – deyə mesajda bildirilir.
ABŞ-ın Ticarət Nazirliyi və Maliyyə Nazirliyi rəsmiləri bu məktuba hələ rəsmi cavab almayıb.