26 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın büdcə kəsiri 2009-cu ildən bəri ən yüksək həddə çatıb

Maliyyə ilinin səkkiz ayı (1 oktyabr 2019-cu ildə başlayıb) üçün ABŞ-ın büdcə kəsiri demək olar ki, 1,9 trilyon dollara çatıb və bu, 2009-cu ildən bəri ən yüksək qiymətdir.

Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.

Təkcə may ayında Maliyyə Nazirliyinin hesablamalarına əsas büdcə kəsiri demək olar ki, 399 milyard dollar təşkil etmişdir, aprel ayında isə bu rəqəm 738 milyard dollara yüksəldi.

Martın ortalarından etibarən ABŞ-da koronavirus səbəbindən müəssisələrin fəaliyyətinə məhdudiyyətlər qoyulub. Bu ilin ilk rübündə pandemiya fonunda ölkənin ÜDM-si təxminən 5% azalıb və bu, 2008-2009-cu il maliyyə böhranından bəri bu gündə kimi ən böyük enişdir. Martın sonlarında Tramp iqtisadiyyatı dəstəkləmək üçün 2 trilyon dollarlıq iqtisadi dəstək planına imza atdı, mayda isə Nümayəndələr Palatası 3 trilyon dollarlıq yeni qanun layihəsini təsdiqlədi.

Bəzi ştatlar aprelin ortalarından müəssisələrin fəaliyyətinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa başladılar. İyunun 5-də Tramp karantin rejiminin aradan qaldırmağın vaxtı olduğunu söyləyib. “Biz ölkəni açırıq”, – prezident bildirib.

Son xəbərlər
Digər xəbərlər