11 C
Baku
Monday, November 25, 2024

ABŞ-ın büdcə kəsiri 2023-cü maliyyə ilində 320 milyard dollar artıb

ABŞ-ın büdcə kəsiri son bir ildə 320 milyard dollar artaraq 1,7 trilyon dollara çatıb.

Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen və Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın birgə bəyanatında deyilir.

Belə ki, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində ABŞ-ın büdcə xərcləri 6,1 trilyon dollar, gəlirləri isə 4,4 trilyon dollardan çox olub.

Beləliklə, 2022-ci maliyyə ilinin məlumatları ilə müqayisədə büdcə kəsiri 320 milyard dollar artaraq təxminən 1,7 trilyon dollar təşkil edib. Bu, ABŞ ÜDM-nin 6,3%-nə uyğundur.

Qeyd edək ki, 2022-ci maliyyə ilində büdcə kəsiri 1,37 trilyon dollar təşkil edib ki, bu da ÜDM-in 5,4%-nə bərabərdir.

Son xəbərlər
Digər xəbərlər