Oktyabr ayının 1-də başlayan 2021-ci maliyyə ilinin əvvəlindən ABŞ büdcəsinin kəsiri 25,1% artıb.
Bu barədə “Associated Press” ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Kəsirin genişlənməsi COVID-19 pandemiyası səbəbindən artan xərclərlə əlaqələndirilir.
Qeyd edək ki, 2020-ci maliyyə ilində ABŞ-ın büdcə kəsiri 3 dəfədən çox artaraq 3,1 trln. dollara çatıb. Ölkədə tənəzzülə səbəb olan pandemiyaya qarşı icra edilən dövlət proqramı büdcə xərclərini ötən maliyyə ili 47% artıraraq 6,5 trln. dollara qədər yüksəldib.