6 C
Baku
Monday, December 16, 2024

ABŞ-ın büdcə kəsiri kəskin artıb

ABŞ dövlət büdcəsinin kəsiri bu ilin noyabr ayında 136,65 mlrd. dollar təşkil edib. “Vestifinance.ru” saytına istinadən xəbərə görə, bu barədə Maliyyə Nazirliyitərəfindən yayılan hesabatda bildirilib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Beləliklə, noyabrda ABŞ büdcəsinin gəlirləri 2,5% azalaraq 199,88 mlrd. dollar, xərcləri isə 24,9% artaraq 336,53 mlrd. dollar təşkil edib. Xərclərin kəskin artması əsasən “Medicare” səhiyyə proqramının tətbiqi nəticəsində baş verib.

Ümümiyyətlə isə oktyabr ayında başlayan maliyyə ilinin ilk 2 ayı ərzində ABŞ büdcəsinin gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 1,3% artaraq 421,57 mlrd. dollar, xərcləri isə 2,4% azalaraq 602,41 mlrd. dollar təşkil edib. 2017-ci maliyyə ili üçün ABŞ Konqresinin Büdcə menecmenti Departamenti 594 mlrd. dollarlıq büdcə kəsiri proqnozlaşdırıb. Bu göstərici 2016-cı maliyyə ilində 2015-ci illə müqayisə 34% artaraq 587,33 mlrd. dollar təşkil edib. Beləliklə, büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi 2,5%-dən 3,2%-ə yüksəlib.

Qeyd edək ki, ABŞ büdcəsində profisit sonuncu dəfə 2001-ci ildə müşahidə olunub. Ölkə tarixinin maksimal büdcə kəsiri isə 2009-cu ildə qeydə alınıb və 1,41 trln. dollar (ÜDM-in 9,8%-i) təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər