Neft və qaz şirkəti olan “Chevron” Azərbaycandakı aktivlərini Macarıstanın “MOL” şirkətinə 1,57 milyard dollara satıb.
Bu barədə Amerika şirkətinin cümə axşamı yaydığı mesajında deyilir.
“Chevron” korporasiyası bu gün onun törəmə şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yatağı blokundakı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərindəki səhmlərini “MOL Hungary Oil and Gas PLC” şirkətinə 1,57 milyard dollara satdığını elan edib”, – mesajda belə deyilir. APA