5 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın Çin və Yaponiyadakı səfir postlarına namizədlərin adları açıqlanıb

ABŞ Prezidenti Co Bayden ölkəsinin Çindəki Fövqəladə və Səlahiyyətli Səfir vəzifəsinə NATO-dakı keçmiş Daimi nümayəndə Nikolas Barnsın namizədliyini irəli sürmək niyyətindədir.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Barns 1995-1997-ci illərdə prezident Bill Klinton administrasiyasında Dövlət Departamentinin mətbuat xidmətinə rəhbərlik edib. O, həmçinin 4 il ərzində ABŞ-ın Yunanıstandakı səfiri olaraq çalışıb. 2001-2005-ci illərdə NATO-da Daimi nümayəndə, 2005-2008-ci illərdə isə Corc Buş administrasiyasında Dövlət Katibi Kondoliza Raysın siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

Yerli mətbuatın məlumatına görə, 2011-ci ildən 2019-cu ilə qədər Çikaqonun meri vəzifəsində çalışan Ram Emmanuelin isə ABŞ-ın Yaponiyadakı səfiri vəzifəsinə namizəd olacağı qeyd olunub.

Hər iki namizədin təyinatına tezliklə Senatda baxılacağı gözlənilir.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər