28 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın Corciya ştatında səsvermənin nəticələri açıqlandı

ABŞ-ın Corciya ştatının dövlət katibi Bred Raffensperger prezident seçkilərinin nəticələrini açıqlayıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Onun sözlərinə görə, bu ştatda yekdilliklə Co Bayden qələbə qazanıb.

“Heç bir şübhə yoxdur. Rəqəmlər də bunu təsdiqləyir. Bəli, yoxlama nəticəsində nəticələrin ilkin göstəricilərə uyğun gəldiyi aşkarlanıb”, – deyə Raffensperger söyləyib.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp və rəqibi Co Bayden arasındakı fərq təxminən 15 min səs təşkil edir. Bildiyimiz kimi, ABŞ-ın Corciya ştatında 16 seçici var, yəni bu ştat prezident seçkilərinin nəticəsini müəyyən edən dörd ştatdan biridir.

Xatırladaq ki, ABŞ-da prezident seçkilərin 3 noyabr tarixində keçirilib. Amerika KİV-in yaydığı məlumata əsasən, seçkilərdə Co Bayden üstünlük qazanıb.

Son xəbərlər
Digər xəbərlər