7 C
Baku
Wednesday, November 30, 2022

ABŞ-ın dövlət borcu 31 trilyon dolları ötüb

ABŞ-ın dövlət borcu ölkə tarixində ilk dəfə olaraq 31 trilyon dolları ötüb. Bu barədə “The New York Times” (NYT) qəzeti ABŞ Maliyyə Nazirliyinin məlumat bazasına istinadən məlumat yayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Məlumat bazasından məlum olduğu kimi, oktyabrın 4-nə ABŞ-ın dövlət borcu 31.123 trilyon dollar təşkil edib ki, bu da ölkə tarixində rekord göstəricidir.

Sentyabrda ABŞ-da inflyasiyanın yüksəlməsi fonunda ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini artıraraq illik 3-3.25% aralığına çatdırıb. Bu, ABŞ-da son bir ildə əsas dərəcənin ilk artımı deyil. İlin sonuna qədər bu göstəricinin 4.25-4.5%-ə yüksələ biləcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər
X