27 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın dövlət borcu ilk dəfə $30 trilyonu keçib

ABŞ-ın dövlət borcu rekord həddə – 30 trilyon dollara çatıb.

Banker.az xəbər verir ki, Maliyyə Nazirliyinin hesabatında “ümumi dövlət borcu” sütununda 30.012 trilyon dollar məbləğində vəsait göstərilir.

“The New York Times”ın yazdığına görə, dövlət borcu bu həddə əvvəllər proqnozlaşdırılandan bir neçə il tez çatıb. Səbəb kimi nəşrdə koronavirus pandemiyasının nəticələri ilə mübarizə xərcləri göstərilir: işsizlik müavinətləri, kiçik biznesə dəstək və digər tədbirlər. Vurğulanır ki, bu məqsədlər üçün borc vəsaitləri hesabına pul ayrılıb.

Ötən ilin dekabrında ABŞ Prezidenti Co Bayden milli borc limitinin 2.5 trilyon dollar artıraraq 31.4 trilyon dollara çatdırılması haqqında qanun imzalamışdı. Bu tədbir görülməsəydi, federal büdcədəki vəsait dekabrın 15-nə qədər tükənə bilərdi.

Ölkənin maliyyə naziri Janet Yellen Konqresə borc limiti qaldırılmadığı halda ABŞ-ın defoltla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. Ötən ilin oktyabrında qanunvericilər limitin 480 milyard dollar artırılmasına razılaşıb, dekabrda isə Senat yuxarı həddinin 31.4 trilyon dollara qədər artırılmasını dəstəkləyib.

Son xəbərlər
Digər xəbərlər