ABŞ-ın dövlət borcu 2034-cü ilin sonuna qədər ÜDM-in 116%-nə yüksələcək ki, bu da yeni rekord olacaq. 2024-cü ilin sonunda dövlət borcu ÜDM-in 99%-ni təşkil edəcək, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mövcud qanunlar əsasən dəyişməz qalsa, 2034-cü ildən sonra borc artmağa davam edəcək. 2054-cü ilə qədər dövlət borcunun ÜDM-in 174%-i olacağı gözlənilir.
ABŞ-ın federal büdcə kəsirinin də 1.6 trilyon dollar olacağı proqnozlaşdırılır. 2025-ci ildə bu rəqəm 1.8 trilyon dollara qədər artacaq. 2034-cü ilin sonuna qədər göstərici 2.6 trilyon dollara yüksələcək. Məlumdur ki, yanvarın əvvəlində ABŞ-ın dövlət borcu 34 trilyon dolları keçib. 2023-cü ildə o, 4 trilyon dollardan çox artıb.