9 C
Baku
Friday, December 13, 2024

ABŞ-ın dövlət borcu ÜDM-i üstələyə bilər

Oktyabr ayından başlayan növbəti maliyyə ilində ABŞ-ın dövlət borcu ÜDM-in 100 faizinə, yaxud daha artıq səviyyəyə çata bilər.

Konqres Büdcə Ofisinə (CBO) görə, bunun səbəbi koronavirus pandemiyasının səbəb olduğu böhran vəziyyətində iqtisadiyyata dəstək proqramlarına çəkilən küllü miqdarda məsrəflərdir.

CBO-nun hesablamarına görə, cari ildə ABŞ-ın dövlət borcu ÜDM-in 98 faizinə çatıb ki, bu da II Dünya müharibəsindən sonrakı dövr üçün rekorddur. Belə ki, 1946-cı ildə borcun məbləği ÜDM-in 106 faizinə çatmışdı. Cari ilin ikinci rübündə büdcə məsrəflərinin artması və vergi mədaxilinin azalması üzündən dövlət borcu ÜDM-i ötüb.

Qeyd edək ki, pandemiya şəraitində hökumət peyvəndlərin hazırlanaraq sınaqdan keçirilməsi, səhiyyə ocaqlarının təchizatı, sahibkarlığa, ev təsərrüfatlarına dəstək tədbirlərinə mart ayından etibarən 2,7 trilyon ABŞ dollarınadək vəsait sərf edib. Digər tərəfdən, karantin məhdudiyyətləri üzündən iqtisadi fəallığının zəifləməsi nəticəsində aprel-iyul ayları ərzində federal büdcə gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz az oldu.

Bütövlükdə ikinci rüb ərzində dövlət borcu 17,7 trilyondan 20,5 trilyon ABŞ dollarınadək, yəni 16 faiz artaraq ÜDM-in 82 faizindən 105,5 faizinə çatıb.

Ekspertlərin fikrincə, hökumət misli görünməmiş büdcə dəstəyi tədbirlərinə əl atmasaydı, ÜDM ikinci rübdə daha da çox azala bilərdi.

Report

Son xəbərlər
Digər xəbərlər