21 C
Baku
Friday, April 26, 2024

ABŞ-ın Dövlət Departamenti böyük “firewall” yaradacaq

ABŞ-ın dövlət katibi Mayk Pompeo vətəndaşların və şirkətlərin məxfi məlumatlarını təcavüzkar müdaxilələrdən qorumaq üçün “təmiz şəbəkə” yaratmağı planlaşdırır. Qeyd edildiyi kimi, bu təşəbbüs Çin tətbiqləri, provayderləri və bulud xidmətlərinə qadağanın qoyulmasını nəzərdə tutur.

Bu barədə Banker.az “Vc.ru”ya istinadən xəbər verir.

“Firewall” proqramının texniki olaraq necə həyata keçiriləcəyi hələ bəlli deyil. Lakin ideyanın özü Çin (Böyük Firewall) və Rusiya (Cheburnet) analoqlarına bənzəyir.

“Təmiz şəbəkə” layihəsinə altı təşəbbüs daxildir:

1. Təmiz operator. “Çinin etibarlı olmayan operatorlarına” qoşulmağı qadağan etmək. Onlar ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradırlar və buna görə də ölkədə beynəlxalq telekommunikasiya xidmətləri göstərmək hüququna malik deyillər. Bildirildiyi kimi, bu halda Çinin ən böyük operatoru olan “China Mobile” təhlükə altına düşür.

2. Təmiz mağazalar. Amerikanın tətbiq mağazalarından “etibarsız” tətbiqləri silmək. ÇXR-də yaradılan tətbiqlər vətəndaşların məxfi məlumatlarını təcavüzkar müdaxilə təhlükəsi altına salırlar, təbliğat və dezinformasiya yayırlar. Bildirildiyi kimi, Çin şirkətləri üçün yeganə çıxış yolu layihələrini amerikalılara satmaqdır. Əsasən “TikTok”, “WeChat”, “Likee” və “Zynn” üçün təhlükə artır.

3. Təmiz tətbiqlər. Çinin etibarsız smartfon istehsalçılarına amerikan tətbiqlərini yükləməyi qadağan etmək. Qanuna tabe olan şirkətlər insan hüquqlarının pozulmasına yol verməmək üçün tətbiqlərini “Huawei”in tətbiqlər mağazasından silməlidirlər. Bu, “Xiaomi, “Oppo”, “Vivo” və digər istehsalçıların maraqlarına təsir göstərə biləcək ən sərt maddələrdən biridir.

4. Təmiz bulud. “Alibaba”, “Baidu” və “Tencent” tərəfindən təchiz edilən bulud sistemlərinə ABŞ vətəndaşlarının şəxsi məlumatlarını emal etməyi qadağan etmək (koronavirus peyvəndinin yaradılması ilə əlaqəli araşdırmalar, əqli mülkiyyət və s. daxil olmaqla).

5. Təmiz kabel. ABŞ-ı qlobal İnternetə bağlayan sualtı kabellərin istifadəsinin qarşısını almaq. Öz maraqlarını qorumaq üçün ABŞ dünyanın digər ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir.

6. Təmiz yol. Pompeonun açıqladığı planda bu məqam haqqında məlumat azdır. Buna görə ABŞ-ın millət vəkillərinin dəqiq nəyi nəzərə aldıqlarını təxmin etmək çətindir. (Güman edilir ki, 5G rabitəsi “etibarsız” avadanlıq və proqram təminatı olmadan işləməlidir). Buna görə, hadisələrin sonrakı inkişafı Amerikanın hüdudlarından kənarda da izlənilir – ABŞ və Çin arasındakı qarşıdurmada bir çox ölkənin marağı var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər