ABŞ-ın Dövlət Departamentinin rəhbəri Piter Berkoviç Avropaya səfərindən sonra koronavirusa yoluxub.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, Berkoviç Budapeştdə və Parisdə yüksək vəzifəli rəsmilərlə, sonra isə Böyük Britaniyanın baş naziri ilə görüşüb. Həmsöhbətlərin sözlərinə görə, Berkoviç görüş zamanı şəxsi qoruyucu vasitələrdən istifadə etməyib.
Xatırladaq ki, oktyabrın 2-də ABŞ prezidenti Donald Trampda koronavirus aşkar edilmişdir.