23 C
Baku
Friday, September 30, 2022

ABŞ-ın energetika naziri noyabr ayında istefa verə bilər

ABŞ-ın energetika naziri Rick Perry noyabr ayında istefa verə bilər.

Banker.az xəbər verir ki, bu haqda “Politico” qəzeti məlumat verib.

Nəşr qeyd edir ki, Rick Perry-nin may ayında Ukraynaya etdiyi səfərdə, onu “impiçment istintaqına sürükləyib”. Qəzetin həmsöhbətləri qarşıdakı kadr dəyişikliyinin Ukrayna məsələsi ilə əlaqəli olmadığını iddia edirlər. Rick Perry-nin yerinə Dan Brunnetti-nin təyin ediləcəyi proqnozlaşdırılır.

Energetika Nazirliyinin nümayəndəsi, “Rick Perry-nin şöbə müdiri olmağa davam etdiyini və prezident Donald Trampın komandasında olmaqdan qürur duyduğunu” söyləyib.

Xatırladaq ki, bir qədər əvvəl Donald Tramp ilə Ukrayna prezidenti Vladimir Zelenskiy arasında qalmaqal yaşanmışdır. Vaşinqton administrasiyası rəhbərinin siyasi opponentlərinə görə, Tramp Zelenskini ABŞ-ın keçmiş vitse-prezidentinin oğlu Cozef Baydenin Kiyevə maliyyə və hərbi yardım göstərməsi qarşılığında Ukraynadakı fəaliyyəti ilə əlaqədar istintaqa başlamağa inandırmağa çalışdı. Demokrat Bayden hal-hazırda Trampın 2020-ci ildə keçiriləcək prezident seçkilərində əsas rəqiblərindən biridir.

Sentyabrın 24-də ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, bu qalmaqal  əsasında Trampa qarşı impiçment prosedurunun başlamasını elan edib.

Son xəbərlər
Oxşar xəbərlər