27 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın Energetika Nazirliyi 2021-ci ildə “Brent”in qiyməti ilə bağlı proqnozunu artırdı

ABŞ-ın Energetika Nazirliyinin Məlumat İdarəsi (EIA) “Brent” markalı neftin 2021-ci il üçün orta qiymət proqnozunu 60 dollardan 62 dollara artırıb.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə EIA-nın aylıq qısamüddətli hesabatında deyilir.

Gələn il üçün bu markanın neft qiymətləri üçün proqnoz 58 dollardan 60 dollara artırılıb.

“Yüksək proqnoz 2021-ci ildə, xüsusilə ikinci rübdə qlobal neft ehtiyatlarının gözləniləndən daha böyük axınını əks etdirir ki, bu da proqnozlaşdırılan dövrdə neft ehtiyatlarının aşağı səviyyədə olacağına səbəb olacaq”, – deyə EIA yazır.

Bununla yanaşı, 2021-ci ilin ikinci rübündə “Brent” markalı neftin 65 dollar / barel, 2021-ci ilin ikinci yarısında isə 61 dollar / barel olaraq proqnozlaşdırılıb.

“Mart ayında “Brent” markalı neftin orta aylıq qiymətləri 2019-cu ilin sonunda bəri ən yüksək səviyyəyə çatıb. OPEC+ mart ayının əvvəlində hasilat limitlərini aprelə qədər uzadacağını elan etdikdən sonra qiymət 70 dollar / barel səviyyəsinə qalxıb. Sonradan qiymətlər aşağı düşüb və bu da qismən Covid-19 hallarının, xüsusən Avropada artması səbəbindən qlobal neft tələbinin artımındakı yavaşlamanı əks etdirib”, -proqnozda deyilir.

Martın 24-də London ICE birjasında “Brent” markalı neftin qiyməti 5.36% artaraq 64.05 dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər